...

AMB Azərbaycanın 25 bankında diaqnostika yoxlamaları aparacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Fevral 2007 13:10 (UTC +04:00)

Azərbaycan Milli Bankının (AMB) idarə heyətinin qərarı ilə yaxın vaxtlarda 25 bankda diaqnostika yoxlamaları aparılacaq. AMB-nin baş direktoru Rüfət Aslanlının çərşənbə günü Trend ə verdiyi xəbərə görə, hazırda yoxlamalar 8 bankda da aparılıb və yekunlar üzrə ilkin materiallar artıq bankların rəhbərləri ilə müzakirə olunurlar. Yoxlamalar fevralın 1-dən başlayıb.

"Bzim modelləşdirmə üzrə təhlillərimiz göstərir ki, 6-7 bank istisna olmaqla məcmu kapitalının 1 iyul 2007-ci ilə qədər 10 mln. manata qədər çatdırılması üzrə növbəti normativin yerinə yetirilməsi ilə bağlı problem olmayacaq", - deyə baş direktor hesab edir.

Ölkədə kredit təşkilatların fəaliyyətinə nəzarət formalarından biri olan diaqnostika yoxlamaları üçün ən çoxu bir ay vaxt ayrılıb. R.Aslanlının sözlərinə görə, iki həftə ərzində onlar başa çatacaq və yoxlamaların yekunlarına görə Milli bankın idarə heyətinə təqdim olunmaq üçün hesabat hazırlanacaq.

Xəbər lenti

Xəbər lenti