...

Azərbaycanın qərb regionunda istehlak mallarının qiymətlərinin monitorinqi aparılır

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 May 2007 16:58 (UTC +04:00)

Azərbaycan, Gəncə /müxbir Trend V.Məmmədov/ Azərbaycanın qərb regionunda əsas istehlak mallarının qiymətlərinin monitorinqinə başlanılıb. Bu barədə cümə axşamı İqtisadi İnkişaf Nazirliyinin Gəncə-Qazax şöbəsinin sədri Azər Muradov məlumat verib.

Onun sözlərinə görə, şöbə qərb regionunda yerləşən 2 şəhər və 9 rayonda istehlak mallarının topdan və pərakəndə satış qiymətlərinə nəzarətə başlanıb.

"Monitoinqin aparılmasında əsas məqsəd topdan və pərakəndə satış qimətlərindəki fərqi öyrənməkdir. Əsas nəzarəti bazar və mağazalarda təşkil edəcəyik", deyə o bilidirib.

Onun sözlərinə görə, əldə olunan nəticələrə uyğun cədvəl tərtib ediləcək və məlumatlar İİN-nin yanında Antiinhisar Dövlət Xidmətinə təqdim olunacaq.

Muradov qeyd edib ki, bu monitorinq prezidentin antiinflyasiya tədbirlərinin gücləndirilməsi haqqında 2005-ci il 31 may tarixli, 242 saylı fərmanının 3-cü və 4-cü bəndlərinin icrası ilə əlaqədar olaraq həyata keçirilir.

Xəbər lenti

Xəbər lenti