...

ARDNŞ 2010-cu ildə Bakı-Supsa kəməri ilə yüngül neft ixracını artırıb

Energetika Materials 12 Yanvar 2011 16:30 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 yanvar /Trend/

ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) 2010-cu ildə Bakı-Supsa boru kəməri ilə "Azəri-Çıraq-Günəşli" yataqlar blokundan hasil edilən 2,84 milyon ton yüngül Azərbaycan neftini ixrac edib. Bu göstərici ötən ilin analoji dövründə 2,79 milyon ton olub. Bu barədə çərşənbə günü ARDNŞ-nin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin məlumatında deyilir.

2008-ci ildə ARDNŞ Bakı-Supsa ilə 407,1 min ton neft ixrac edib.

Boru kəmərinin 2006-cı ilin noyabrında təmirə dayandırılması ilə əlaqədar 2007-ci ildə bu istiqamətdə neft nəql olunmayıb. 2008-ci ilin ortalarında bu boru kəmərinə neft doldurulsa da, gürcü-osetin münaqişəsi səbəbindən həmin proses dayandırılıb. 2008-ci il noyabrın əvvəlində bu boru kəməri ilə neft nəqli bərpa edilib.

Bakı-Supsa boru kəmərinin operatoru BP şirkətidir.

Xəbər lenti

Xəbər lenti