Bakı. Trend:
2016-cı ilin mart ayı ərzində SOCAR tərəfindən (müştərək müəssisələr və əməliyyat şirkətləri istisna olmaqla) 9556 metr qazma işi həyata keçirilib.
Trend SOCAR-ın saytına istinadən məlumat verir ki, ümumiyyətlə, 2016-cı ilin yanvar-mart aylarında SOCAR üzrə (müştərək müəssisələr və əməliyyat şirkətləri istisna olmaqla) 26 409 metr (ötən ilin analoji dövründə 20,75 min metr) qazma işi görülüb.
Qeyd edək ki, il ərzində SOCAR üzrə həyata keçirilmiş qazma işləri istismara aid olub.
Bundan əlavə, mart ayı ərzində qazmadan alınmış 5, ilin əvvəlindən isə 10 yeni quyu tikinti ilə başa çatdırılaraq mədənçilərə təhvil verilib.