Energetika naziri Səudiyyə Ərəbistanında bir sıra görüşlər keçirib (FOTO)

Energetika naziri Səudiyyə Ərəbistanında bir sıra görüşlər keçirib (FOTO)

Bakı. Trend:

“OPEC plus” Nazirlərinin Birgə Monitorinq Komitəsinin 14-cü iclası çərçivəsində Energetika naziri Pərviz Şahbazov bir sıra görüşlər keçirib.

Nazirlikdən Trend-ə verilən məlumata görə, Səudiyyə Ərəbistanının energetika, sənaye və təbii sərvətlər naziri Xalid Əbdüləziz Əl Falih ilə görüşdə qlobal neft bazarının cari vəziyyəti, öhdəliklərin icra səviyyəsi, qısa və uzunmüddətli perspektivdə gözləntilər, eləcə də ikitərəfli enerji əməkdaşlığına dair məsələlər müzakirə edilib.

Xalid Əl Falih “OPEC plus” formatının ilkin təşəbbüskarlarından biri kimi Azərbaycan Prezidentinin rolunu və ölkəmizin “Əməkdaşlıq Bəyannaməsi” çərçivəsində neft bazarının tənzimlənməsi prosesində iştirakını, Nazirlərin Birgə Monitorinq Komitəsinin Bakıda keçirilmiş tədbirinin əhəmiyyətini qeyd edib. Neft bazarının mümkün inkişaf istiqamətləri barədə fikirlərini bölüşüb.

Azərbaycanın dünya neft bazarında tarazlıq, qiymət sabitliyi naminə əməkdaşlığa davamlı dəstək verdiyini deyən Energetika naziri Pərviz Şahbazov isə bildirib ki, aprel ayında hasilatın azaldılması ilə bağlı öhdəlik artıqlaması ilə yerinə yetirilib.

İki ölkə arasında enerji sahəsinəqarşılıqlı investisiya yatırılması, biznes dairələri arasında əməkdaşlıq imkanları nəzərdən keçirilib. Bərpa olunan enerji sahəsində Səudiyyə Ərəbistanının “ACWA POWER” şirkəti ilə imzalanmış əməkdaşlıq memorandum çərçivəsində görüləcək tədbirlər ətrafında müzakirələr aparılıb.

OPEC-in Baş katibi Məhəmməd Sanusi Barkindo ilə görüşdə də neft bazarının vəziyyəti əsas müzakirə mövzusu olub. Məhəmməd Sanusi Barkindo bazarda sabitliyin qərarlaşması üçün “OPEC plus” formatında tədbirlərin davam etdirilməsini vacib hesab edib.

Energetika naziri Pərviz Şahbazov “OPEC plus” ölkələri üzrə öhdəliklərin ümumi icra səviyyəsinin yüksək olmasını əməkdaşlığın uğuru kimi qeyd edib. Azərbaycanın hasilatın azaldılması ilə bağlı əvvəlki aylarda gördüyü tədbirlərin apreldə öhdəliklərin tam yerinə yetirilməsinə müsbət təsir etdiyini deyib. Bildirilib ki, 4 ay müddətində orta gündəlik neft hasilatı 130 % icra edilib.

Nazir deyib: “İyunda nazirlərin görüşündə ilin ikinci yarısı üçün qərar qəbul edərkən bütün geosiyasi və iqtisadi amilləri nəzərə almaqla ətraflı təhlillər aparmalıyıq. Bazarın balanslaşdırılması zamanı uzunmüddətli dövr üçün neftə qlobal tələbatı və bu baxımdan, neft sənayesinə investisiyanı təşviq edəcək qiymət sabitliyini də düşünməliyik.”

Söhbət zamanı “Neft İstehsal edən Ölkələr arasında Əməkdaşlıq Xartiyası” da nəzərdən keçirilib. Bildirilib ki, cari ilin iyun ayınadək Xartiya ilə bağlı proseslərin yekunlaşdırılması planlaşdırılır.

Neft bazarının tənzimlənməsi ilə əlaqədar müzakirələr Birləşmiş Ərəb Əmirliklərinin energetika və sənaye naziri Suheyl əl-Mazrui ilə görüşdə də davam etdirilib. Suheyl əl-Mazrui hazırda neftin qiymətinin qənaəbəxş olduğunu bildirib və əlavə edib ki, ötən ilin sonunda kəskin qiymət dəyişiklikləri ilə müşayiət olunan vəziyyətin təkrarlanması yolverilməzdir.

Energetika naziri Pərviz Şahbazov isə deyib ki, neftin qiymətinin həm istehsalçılar, həm də istehlakçılar üçün sərfəli həddə olması və tarazlığın təmin edilməsi məqsədilə neft bazarına hazırda əsas dəstəyi “OPEC plus” ölkələri verə bilər.

Söhbət zamanı geosiyasi faktorlar, şist neftin təsirləri, kommersiya neft ehtiyatları, qlobal iqtisadi artım və neftə tələbat dinamikası nəzərdən keçirilib.

Nazir həmçinin OPEC Konfransının prezidenti, Venesuelanın neft naziri Manuel Kevedo Fernandes, Nigeriyanın neft ehtiyatları naziri Emmanuel Kaçikvu, Kuveytin neft, elektrik və su naziri Xalid Əl-Fadhel, Omanın neft-qaz naziri Məhəmməd Əl-Rumhi, Əlcəzairin energetika naziri Məhəmməd Arkab və Bəhreynin neft naziri Şeyx Məhəmməd Əl-Xəlifə ilə görüşüb. Görüşlərdə neft məsələləri ilə yanaşı, ikitərəfli enerji əməkdaşlığının müxtəlif istiqamətlərinə dair müzakirələr aparılıb.

Polşa səfiri Rusiya XİN-ə çağırılıb
Polşa səfiri Rusiya XİN-ə çağırılıb
Hindistanın baş naziri iqlim və təmiz enerji üzrə Hindistan-ABŞ tərəfdaşlığını elan edib
Hindistanın baş naziri iqlim və təmiz enerji üzrə Hindistan-ABŞ tərəfdaşlığını elan edib
Hindistanda koronavirusa yoluxma və ölüm sayı rekord vurub
Hindistanda koronavirusa yoluxma və ölüm sayı rekord vurub
Loading Bars
Xəbər lenti
INTERACT Online ikinci mövsümü ilə qayıdır (VİDEO)
Məcburi dövlət sosial sığorta üzrə daxilolmalarda qeyri-büdcə təşkilatlarının payı artıb - Nazir
Polşa səfiri Rusiya XİN-ə çağırılıb
"YAŞAT" Fondu bu günə kimi 6 minə yaxın şəxsi öhdəliyə götürüb
İnsan alveri ilə məşğul olan 3 cinayətkar qrup zərərsizləşdirilib - Nazir müavini
Ərazilərin bərpası və inkişafı ümummilli məsələdir və bu planlı şəkildə aparılır
Bu saytlara girməyin - Dələduzlarla bağlı xəbərdarlıq
I sinfə qəbulla bağlı Alternativ Qeydiyyat Mərkəzləri fəaliyyət göstərəcək
Unibank birinci rübü mənfəətlə başa vurub (FOTO)
YARAT möhtəşəm layihəyə başlayır - birinci Bakı Beynəlxalq küçə fotoqrafiyası festivalı
Uşaqlara siqaret satan 1568 şəxs məsuliyyətə cəlb olunub
Bakı sakinlərinə xəbərdarlıq - Geniş dezinfeksiya işləri olacaq
ABŞ qondarma "erməni" soyqırımını tanısa, Türkiyə ilə gələcək münasibətlərini təhdid altına alacaq - Politoloq
60-dan çox avtomobil hərraca çıxarılacaq
Beynəlxalq sərnişin və yük daşımaları ilə bağlı yeni qərar verilib
“Ucuzluq”larda işçilər qeyri-rəsmi əməyə cəlb edilib - Vergi Xidməti
İnsan alveri qurbanına çevrilmək riskləri artıb - Nazir müavini
ADU-nun Konfutsi İnstitutu "Sumqayıt - uzaq Şərqdə yaxın dost" adlı tədbir keçirib
Gələcəkdə növbəti dalğalar qaçılmazdır - TƏBİB rəsmisi (VİDEO)
Azərbaycanda dövlət strukturlarının informasiya sistemləri "Hökumət buludu"nda yerləşdirilib
Azər Türk Bank xidmət şəbəkəsini yeniləyir
Xaricdə təhsil almaq ilə maraqlanırsınız? (FOTO)
Milli Məclisin növbəti plenar iclası başladı
Azərbaycanda gender bərabərliyinin hüquqi əsasları daha da möhkəmləndirilir - Könül Nurullayeva (VİDEO)
Ötən gün ölkədə 16 yanğın olub, 3 azyaşlı xilas edilib
Hindistanın baş naziri iqlim və təmiz enerji üzrə Hindistan-ABŞ tərəfdaşlığını elan edib
Cəlilabadda müğənnini öldürüb kanala atan məmurlar həbs edildi
Azərbaycan nefti ucuzlaşıb
Məcburi köçkünlər arasında Qarabağa qayıdışla bağlı onlayn-sorğu başa çatır
Hindistanda koronavirusa yoluxma və ölüm sayı rekord vurub
"Azercell"in sürətli mobil interneti yerin üstünü də altını da əhatə etməyə davam edir
Ötən gün evdən çıxan daha 7 koronavirus xəstəsi saxlanılıb
Gəncədə erməni terroru nəticəsində dağılan evlər bərpa olunur (FOTO)
Saatlıda yol polisi reyd keçirdi, 44 sürücü məsuliyyətə cəlb edildi
Zəngilan rayonunun Nəcəflər kəndi (VİDEO)
Bu gün 17 mindən çox şagird buraxılış imtahanı verəcək
Aprelin 23-də xarici valyutaların manata qarşı məzənnələri
Daha bir avtobus "BakıKart"a keçdi
Bakıda iki minik avtomobili toqquşub, 1 nəfər ölüb
Yay fəslinin yaxınlaşması bağ evlərinin qiymətini artırıb
Ərəb koalisiyası husilərin iki minalanmış dronlarını dəf edib
Kamçatkada bir neçə saat ərzində üç zəlzələ baş verib
Türkiyədə son sutkada koronavirusdan 65 593 nəfər sağalıb
Aralıq dənizində 130-a yaxın miqrant qayığın aşması nəticəsində öldü
ABŞ-ın İraqdakı hərbi düşərgəsi yaxınlığında bir neçə raket partlayıb
Dünyada ötən sutka koronavirusa 874 mindən çox yoluxma qeydə alınıb - ÜST
Bayraktar Akıncı TİHA PUA-sı ilk atəş sınaqlarını uğurla tamamladı
"Milan" Zlatan İbrahimoviçlə müqavilənin uzadıldığını açıqlayıb
Türkiyə sahillərində zəlzələ qeydə alınıb
Yol polisi Daşkəsəndə reyd keçirib (FOTO)
Kanada gələn həftə 300 min doza "Johnson & Johnson" peyvəndi alacaq
Azərbaycanlı idmançı çoxnövçülükdə bədii gimnastika üzrə Avropa çempionatının finalına çıxıb
Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
"Real Madrid" Çempionlar Liqası mövsümünü buraxa bilər
Sumqayıtda köməksiz vəziyyətdə qalan azyaşlı xilas edilib
Daxili İşlər Nazirliyində kollegiya iclası keçirilib
Güləşçimiz Mariya Stadnik səkkizqat Avropa çempionu olub
Bakının Ermənistandan təzminat tələb etmək hüququ var - Rusiyalı politoloq
Azərbaycanda pul kütləsi əhəmiyyətli dərəcədə artıb
Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən iqtisadi forum təşkil olunacaq
Zabratda iki piyada keçidində xüsusi düymə ilə idarə olunan yeni işıqfor quraşdırılıb (VİDEO)
MDU-da Beynəlxalq Yer Kürəsi Gününə həsr olunmuş nəzəri-praktiki seminar keçirilib (FOTO)
"Azərbaycan Hava Yolları" London istiqamətində xüsusi reyslərin icrasına başlayır
Beynəlxalq Hüquq Forumunda Ermənistanın hərbi cinayətləri diqqətə çatdırılıb (FOTO)
Azərbaycanda Texnologiyaların Kommersiyalaşdırılması və Transferi Mərkəzi yaradılıb
Vergi və gömrük sahəsində verilmiş güzəşt və azadolmaların reyestrinin aparılması Qaydasında dəyişiklik edildi
“Dərs vaxtı”nda cədvələ uyğun mövzular təqdim olunub
Gəncədə gördüklərimiz müharibə cinayətidir - Fransalı vəkil
Təhlükəsiz ticarətin təşkili məsələləri müzakirə edilib
Biz istərdik ki, erməni vəhşiliyi beynəlxalq səviyyədə təqdim edilsin - Fransalı hüquqşünas
Azərbaycanla Ermənistan arasında münasibətlərdə etimad tədbirlərinin möhkəmlənməsi vacib tapşırıqdır - Zaxarova
Türkiyə Azərbaycanla Ermənistanın layihələrini dəstəkləyir - Çavuşoğlu
Ombudsmanın Gəncə Regional Mərkəzi onlayn hüquqi maarifləndirmə tədbirləri keçirib (FOTO)
Fransalı hüquqşünaslar Gəncəyə səfər ediblər (FOTO)
Xəzər rayonunda Ağsaqqallar Şurasının hesabat-seçki konfransı keçirilib (FOTO)
Azərbaycanda COVID-19-a qarşı peyvənd olunanların SAYI açıqlanıb
Azərbaycanda 2 610 nəfər COVID-19-dan sağalıb, 39 nəfər vəfat edib
Cənubi Koreyada Rusiyanın balıqçı gəmisi yanıb
SOCAR Sberbank Publik Səhmdar Cəmiyyəti ilə birgə müəssisəsinin kapitalından çıxır
Rektor: Distant təhsil universitetlərin inkişafı baxımından ciddi çağırış yaratdı
ABŞ 2050-ci ilədək parnik qazlarının atmosferə tullantılarının həcmini sıfıra endirəcək - Bayden
Aprelin 23-nə USD/AZN rəsmi məzənnəsi
Sabah YAP İdarə Heyətinin iclasında Hüseynbala Mirələmovun məsələsinə baxılacaq
XİN-in sabiq əməkdaşlarının ev dustaqlığı daha 3 ay artırıldı
Azərbaycan İsraildə turizm bürosu açacaq
Azərbaycanın əməkdar pilotları Qarabağa uçuşları səbirsizliklə gözləyir (VİDEO)
Zərdabda reyd: 31 sürücü cərimələndi (FOTO)
Kütləvi immunitetə yaxınlaşırıq - Adil Qeybulla
Gədəbəydə yeni yaradılan 4 kartof sortunun əkininə başlanılıb (FOTO)
İşğal dövründə vurduğu ziyana görə Ermənistanı beynəlxalq məhkəməyə verməliyik - Politoloq
Türkiyəli mütəxəssislər AQTİ laboratoriyaları ilə tanış olublar (FOTO)
Akademik Kamal Abdulla Mərmərə Universitetində dərs keçəcək
Palçıq Vulkanları Turizm Kompleksinin binası krater formasında olacaq
DİN vətəndaşları kibercinayətkarlara qarşı ayıq-sayıq olmağa çağırdı
Havada müşahidə olunan toz lokal xarakter daşıyır - Nazirlik
Sankt-Peterburqdan Bakıya uçuşlar üçün icazə verilib
Yevlaxın içməli su təchizatı sistemi yenidən qurulur
Azərbaycanda ictimai yerlərdə su sızmaları ilə bağlı mobil tətbiq yaradılıb (FOTO)
Vergi daxilolmalarının ümumi daxilolmalarda xüsusi çəkisi artıb - Nazir
Azərbaycan qanunvericiliyi xəstəlikdən əziyyət çəkən şəxslərin işəgötürülmə hüquqlarını və sosial müdafiəsini təmin edir - Könül Nurullayeva (VİDEO)
Bütün xəbərlər