...

Niderland bərpa olunan enerji sektorunda Azərbaycanla əməkdaşlığı genişləndirməyə hazırdır - Səfir

Energetika Materials 27 Aprel 2022 11:51 (UTC +04:00)
Niderland bərpa olunan enerji sektorunda Azərbaycanla əməkdaşlığı genişləndirməyə hazırdır - Səfir
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Bakı. Trend:

Niderland bərpa olunan enerji sektorunda Azərbaycanla əməkdaşlığı genişləndirməyə hazırdır.

Bunu Niderlandın Azərbaycandakı səfiri Pauline Eizeman Trend-in sualını cavablandırarkən deyib.

"Niderland Azərbaycanla xüsusilə dənizdə külək enerjisi sektorunda əməkdaşlıq etmək istərdi", - səfir deyib.

O qeyd edib ki, hələlik konkret layihələr olmasa da, Niderland böyük ekspert bazasına malikdir, eləcə də çoxsaylı Niderland şirkətləri Azərbaycanda alternativ enerji sahəsinə mühüm töhfə verə bilər.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti