Bakı. Trend:
"ACWA Power" Azərbaycanı "yaşıl enerji"yə keçiddə dəstəkləməyə davam edəcək.
Trend-in məlumatına görə, bunu "ACWA Power"in investisiyalar üzrə direktoru Klayv Terton Bakıda keçirilən 27-ci Enerji forumunda deyib.
Onun sözlərinə görə, zəngin təbii ehtiyatlar, şelfdə böyük potensial Azərbaycana bu sektorda uğurla inkişaf etmək imkanı verir.
"ACWA Power" Azərbaycana karbon qazı tullantılarının azaldılmasında, sənaye ehtiyacları üçün bərpa olunan enerji mənbələrinin istifadəsində, qazıntı yanacağının yandırılmasında asılılığın azaldılmasında və digər potensial imkanların genişlənməsində Azərbaycana kömək edəcək", - K.Terton deyib.
(Tərcümə: Orxan Nəbiyev)