...

Azərbaycan nefti bahalaşıb

Energetika Materials 15 İyun 2023 11:28 (UTC +04:00)
Azərbaycan nefti bahalaşıb
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

İyunun 14-də İtaliyanın Auqusta limanında CIF bazisi üzrə Azərbaycanın "Azeri Light" markalı neftin bir barelinin qiyməti 0,19 dollar bahalaşaraq 76,96 dollar olub.

Trend bu barədə ölkənin neft-qaz bazarındakı mənbəyə istinadən xəbər verir.

Türkiyənin Ceyhan limanında FOB bazisi üzrə "Azeri Light" markalı neftin bir barelinin qiyməti 0,17 dollar bahalaşaraq 75,51 dollar olub.

Azərbaycanın Rusiyanın Qara dənizdəki Novorossiysk limanından Bakı-Novorossiysk boru kəməri ilə satdığı URALS markalı neftin bir barelinin qiyməti əvvəlki göstəricidən 0,07 dollar bahalaşaraq 51,07 dollar olub.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin bir barelinin qiyməti iyunun 14-də 0,08dollar bahalaşaraq 73,87 dollar olub.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti