...

Yanvar-oktyabrda NMR-nin enerji sisteminə 908 mln. kVt/s həcmində elektrik enerjisi daxil olub

Energetika Materials 7 Noyabr 2005 14:16 (UTC +04:00)

Cari ilin yanvar-oktyabrında Naxçıvan Muxtar Respublikasının (NMR) enerji sisteminə 908, 815 mln. kVt/s həcmində elektrik enerjisi daxil olub. Bu barədə Trend ə Azərenerji SC-nin mətbuat xidmətində bildirilib.

Blokadada olan NMR-nin elektrik enerjisinin əsas mənbəyinin qonşu ölkələrdən elektrik enerjisinin idxalı təşkil edir. Azərenerji-nin Mərkəzi dispetçer İdarəsinin məlumatına əsasən, göstərilən dövr ərzində NMR-ə İrandan elektrik enerjisinin tədarükü 507,632 mln kVt/s, Türkiyədən isə 322,636 mln kVt/s təşkil edib.

Hazırda NMR-də həmin dövrdə 76,821 mln. kVt/s elektrik enerjisi istehsal edən "Apaz" SES fəaliyyət göstərir.

Oktyabrda NMR 79,16 kVt/saatdan çox elektrik enerjisi alırdı.Həmin dövr ərzində NMR-ə İrandan elektrik enerjisinin tədarükü 55,508 mln. kVt/s, Türkiyədən isə 20,914 mln. kVt/s təşkil edib. Oktyabrda "Apaz" SES-də 2,730 mln. kVt/s elektrik enerjisi istehsal olunub. SES-də elektrik enerjiisi istehsalı həcminin enməsi stansiyada iki blokun əsaslı təmirə dayandırılması ilə bağlıdır və həmin bloklar tezliklə istismara veriləcək.

Xəbər lenti

Xəbər lenti