Bakı. Trend:
Asiya İnkişaf Bankının (AİB) son proqnozuna əsasən Azərbaycanın Ümumdaxili məhsulunun 2025-ci ildə 3.4 faiz civarında artacağı gözlənilir, 2026-cı ildə isə 3.3 faizə düşəcəyi ehtimal edilir.
Trend xəbər verr ki, AİB hesablamalarına əsasən, 2024-cü ildə ölkənin ÜDM-u 4,1 faiz artıb (2023-cü ildə bu göstərici 1,1 faiz təşkil edib).
“2023-cü ildə artım dövlət investisiyalarının çoxalması sayəsində 1,1 faizdən 4,1 faizə qədər sürətlənib ki, bu da iqtisadiyyatın qeyri-xammal sektorunun 6.2 faizə qədər genişlənməsinə təkan verib. ÜDM təxminən 42 faizini təşkil edən Xidmətlər sektorunda artım 2024-cü ildə bir il öncəki göstərici ilə müqayisədə 1,8 faizdən 6,4 faizə qədər yüksəlib ki, bu da nəqliyyat və turizm sektorund əhəmiyyətli artımın olması ilə izah olunur.
Sənaye sektorunda da artım sürətlənib: 2023-cü ildə cüzi azalmanın ardından 2023-cü ildə o faydalı qazıntı hasilatının 0,8 faiz, tikinti işlərinin 9,6 faiz artması hesabına 2,1 faizə çatıb. Bu arada xam neft hasilatı 3,6 faiz azalsa da, qaz hasilatı 6,2 faiz artıb. Kənd təsərrüfatı sektorundakı artım isə 2023-cü ildə 3,0 faizdən 1,4 faizə qədər geriləyib - heyvandarlıq sahəsindəki artım , 1,7 faiz, bitkiçilikdəki artım 1,1 faiz təşkil edib”, -hesabatda qeyd olunur.
AİB analitikləri qeyd edirlər ki, tələbin artımında əsas hərəkətverici qüvvə istehlak olub. Özəl sektorda istehlak 4,8 faiz artıb ki, bu da ev təsərrüfatlarının gəlirlərinin 6,4% artması ilə izah olunur:
“Sənəddə qeyd olunur ki, ümumi investisiya həcmi 0,7 faiz azalıb və bu, neft-qaz sektoruna yatırımların 10,2 faiz azalması ilə bağlıdır. Bununla belə, bu sektor istisna olmaqla, digər sahələr üzrə investisiyalar 3,3 faiz artıb. Xalis ixrac isə azalıb, bu isə idxala olan yüksək tələbat və ixrac həcmlərinin azalması ilə əlaqələndirilir”.