Bakı.Trend:
Orta Dəhliz üzrə yükdaşımalar 100 % "yaşıl enerji" ilə təmin ediləcək.
Trend xəbər verir ki, bunu "Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) sədri Rövşən Rüstəmov jurnalistlərə açıqlamasında deyib.
O qeyd edib ki, dekarbonizasiyaya dair Asiya İnkişaf Bankı ilə birgə layihə həyata keçirilir.
"Bankın missiyası Bakıda olanda dekarbonizasiya istiqamətində dəmir yollarına əlavə qrant ayırılmasına dair ilkin razılığını bildirilib. Bununla da Orta Dəhliz üzrə yüklərin demək olar ki, 100% "yaşıl enerji" ilə daşınmasını təmin edə biləcəyik", - deyə sədr əlavə edib.