Azərbaycan, Bakı, 11 noyabr/ Trend , müxbir N.Abdullayeva/ Belarusun informasiya və kommunikasiya texnologiyaları (İKT) nazirinin müavini Nikolay Struqov azərbaycanlı həmkarları ilə görüşdə Azərbaycan və Belarus arasında rabitə və informasiya texnologiyaları sahəsində əməkdaşlıq perspektivlərini müzakirə edəcək, - Belarusun Azərbaycandakı səfiri Nikolay Patskeviç çərşənbə axşamı Trend -a bildirib.
Əməkdaşlıq perspektivləri Struqovun noyabrın 11-14 - də Bakıda keçirilən 14 - cü Azərbaycan "BakuTel - 2008" beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgi və konfransında iştirakı çərçivəsində müzakirə olunacaq.
Struqovun rabitə və informasiya texnologiyaları nazirlərinin "BakuTel-2008" beynəlxalq sərgisi çərçivəsində təşkil edilmiş "TransAvrasiya yüksəksürətli informasiya magistralı" görüşündə iştirakı gözlənilir, - Patskeviç bildirib.
"Görüşdə Azərbaycan və Belarus arasında tədbirlər planı imzalanacaq", - Struqov bildirib.
Cümə axşamı keçiriləcək görüşdə Azərbaycan, Ukrayna, Gürcüstan, Latviya, Polşa və bəzi digər ölkələrin energetika nazirləri də iştirak edəcəklər. Sərgidə ziyarətçiləri İKT sahəsində son nailiyyətlərə tanış edən 105 - dən çox şirkət iştirak edir.
Sərgi 1995 - ci ildən bəri hər il keçirilir.
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]