...

3G-nin tətbiqi internet bazarında rəqabəti daha da gücləndirəcək - İnternet Cəmiyətinin sədri

Telekommunikasiya Materials 18 İyul 2009 14:44 (UTC +04:00)
Mobil rabitə operatorları tərəfindən üçüncü nəsil şəbəkəsinin (3G) tətbiqi Azərbaycanın internet bazarında rəqabəti daha da gücləndirəcək. Bu barədə Trend Capital-a Azərbaycanın İnternet Cəmiyyətinin sədri Qalib Qurbanov bildirib.

Azərbaycan, Bakı, 18 iyul / Trend , müxbir H.Vəliyev /

Mobil rabitə operatorları tərəfindən üçüncü nəsil şəbəkəsinin (3G) tətbiqi Azərbaycanın internet bazarında rəqabəti daha da gücləndirəcək. Bu barədə Trend -a Azərbaycanın İnternet Cəmiyyətinin sədri Qalib Qurbanov bildirib.

Onun sözlərinə görə, 3G mobil rabitə şəbəkələrində məlumatların yüksək sürətlə ötürülməsini təmin edəcək. Qloballaşma tendensiyasını nəzərə alaraq bütün telekommunikasiya sənayesinin əsas məqsədi məlumatların ötürülməsinin genişzolaqlı sistemini dəstəkləyə bilən və mobilliyi təmin edən vahid ümumdünya mobil rabitə mühitinin yaradılmasıdır.

3G-nin əsas xüsusiyyəti və üstünlüyü məlumatların yüksək sürətlə ötürülməsindədir. Üçüncü nəsil şəbəkəsi 2 Mbit/s-ə kimi məlumatların ötürülməsi sürətini təmin edərək ISP şirkətlərinə rəqib olmağa iddialıdır. 3G bazasında daha perspektiv xidmətlər videotelefon, axın video,həmçinin biznes xidmətlər, poçt və bank servisləridir. 3G xidmətlərinin vacib elementi elektron ticarət olacaq.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti