...

Azərbaycanın İnternet provayderi WiMAX simsiz şəbəkəsinin fəaliyyət zonasını genişləndirir

Telekommunikasiya Materials 30 Dekabr 2009 16:54 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 dekabr / Trend , müxbir H.Vəliyev/

WiMAX texnologiyaları üzrə İnternetə simsiz qoşulma xidmətləri göstərən AzQtel şirkəti Sumqayıt şəhərində baza stansiyasının inşası üzrə işləri başa çatdırır. Bu barədə çərşənbə günü şirkətdən deyilib.

Baza stansiyasının qurulması həmin hissədə və şəhərətrafı digər yaşayış məntəqələrində radioörtüyün təmin edilməsinə imkan verəcək. Xidmətin sürət və keyfiyyəti siqnaldan və baza stansiyasına qədər olan məsafədən aslılı olacaq. Bu gün AzQtel şirkəti WiMAX simsiz İnternet xidmətlərini Bakı şəhər ətrafında, Abşeron yarımadasında təqdim edir.

WiMAX texnologiyası İnternet şəbəkəsinə simmetrik simsiz genişzolaqlı radiogirişin təşkilinə, eləcə də orta və alçaq tikililərdə simli ADSL girişinə, yaxud digər girişlərə qoşulmaq mümkün olmayan rayonlarda bölünmüş lokal şəbəkələrin qurulmasına istiqamətləndirilib.

WiMAX şəbəkələri mobil rabitə şəbəkələrindəki prinsiplərə əsaslanır. Lakin onlardan fərqli olaraq, WiMAX baza stansiyası buraxılış gücü ilə 30 km-dən çox radiuslu ərazidə genişzolaqlı rabitəni təmin edir. Bunu kabellə qoşulma - 100 Mbit/san. ilə müqayisə etmək olar.

Məqalə müəllfi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti