...

Komitə sədrinin müavini: Bəzi qüvvələr ölkədə radikallaşmaya meyllidirlər

Nəzər nöqtəsi Materials 31 Oktyabr 2019 12:20 (UTC +04:00)
Qarşıdurmalar zamanı dövlət milli təhlükəsizliyini qorumaq üçün qəti addımlar atmaq məcburiyyətində qalır
Komitə sədrinin müavini: Bəzi qüvvələr ölkədə radikallaşmaya meyllidirlər

Bakı. İlhamə İsabalayeva - Trend:

Bu gün din azadlığı anlayışı bir alətə çevrilib. Müəyyən qüvvələr məqsədyönlü şəkildə cəmiyyətdə sabitliyin pozulmasına çalışırlar.

Trend-in məlumatına görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov deyib.

Onun sözlərinə görə, vətəndaşlarin bəziləri bu hiylələrə uyur və bu məsələnin əsl mahiyyətini başa düşməyərək Azərbaycana qarşı yönəlmiş təhdidlərdə bir alətə çevrilirlər: "Din örtüyü altında pərdələnmiş bəzi şəxslərin ötən illərdə bir sıra ağır cinayətlər törətməsinin şahidi olmuşuq. Siyasi müstəvidə də bəzi şəxslər bunun mahiyyətini anlamadan, bəziləri isə anlayaraq öz maraqları naminə alətə, vasitəyə çevrilirlər. Bir sözlə, bəzi qüvvələr ölkədə radikallaşmaya meyllidirlər”.

S.Heydərov əlavə edib ki, həmin qüvvələr insanları dövlətlə, hüquq-mühafizə orqanları ilə qarşıdurmaya yönləndirirlər: “Qarşıdurmalar zamanı dövlət milli təhlükəsizliyini qorumaq üçün qəti addımlar atmaq məcburiyyətində qalır. Bu zaman isə dövlətin atdığı addımlar müyyən qüvvələr tərəfindən radikal addımlar kimi dəyərləndirilir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti