...

ABŞ-da məscidə qarşı vandalizmdə günahlandırılan iki yeniyetmə həbs olunub

Dünya xəbərləri Materials 7 İyul 2009 11:50 (UTC +04:00)

Azərbaycan, Bakı, 07 iyul / Trend , müxbir Ü.Sadıqova /

Vest-Kendal şəhərində iki yeniyetmə yerli məsciddə vandalizm aktı törətməyə cəhddən dərhal sonra yaxalanıb, CAİR Amerika-İslam münasibətləri şurasının pres-relizində xəbər verilib.

Mayami polisi bildirib ki, yeniyetmələr məscidə basqın etmək üçün iki il hazırlaşıblar.

Həddi-büluğa çatmamış Mayk Derek Lobo və Xuan Karlos cümə axşamı gecə Killiana ümumi təhsil məktəbində yaxalanıblar, polis məlumat verib.

Hər iki yeniyetmə iyunun 26-sı gecə üzlərində maska İslam məktəbinin və digər mülkün şüşələrini sındırmaqda günahlandırılır.

Günahlandırılanlaran biri deyib ki, onlar bu basqını bir neçə aya hazırlayıblar, çünki "bütün müsəlmanları terrorist" hesab edirlər.

Polis həmçinin bildirib ki, həmin gənclər məktəbin divarlarına müsəlmanlara ünvanlanmış nalayiq sözlər də yazmaq istəyiblər, lakin sprey olmadığında edə bilməyiblər.

Altı ay öncə məscidə 51 güllə atılmış, nəticədə məscidin pəncərələri və qızıl günbəzləri sınmışdı. 2005-ci ildə naməlum şəxslər hər cümə günü 500-dən çox adamın dua etmək üçün yığışdığı və məktəbində 250-dən çox tələbənin oxuduğu İslam mərkəzinin qapısını sındırmağa cəhd etmişdilər. Bir il qabaq isə mərkəzin yaxınlığınında nalayiq rəsmlər aşkar edilmiş, lakin bütün bunlara baxmayaraq, heç bir həbs tədbirləri görülməmişdi.

Xəbər lenti

Xəbər lenti