...

Çindəki uyğurlara qarşı etnik zorakılığa son qoyulmalıdır - Türkiyənin Baş naziri

Dünya xəbərləri Materials 8 İyul 2009 17:41 (UTC +04:00)
Çindəki uyğurlara qarşı etnik zorakılığa son qoyulmalıdır - Türkiyənin Baş naziri

Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Çinin Sinszyan-Uyğur muxtar rayonunda uyğurlarla çinlilər arasında baş bermiş münaqişəyə münasibət bildirərək, uyğurlara qarşı edilən zorakılığa son qoyulmalı olduğunu bildirib. Bu barədə CNN Türk telekanalı məlumat verib.

Trend -un arayışı: İyilun 6-da Çinin Sinszyan-Uyğur muxtar rayonunda bazar günü başlayan iğtişaşlar nəticəsində ölənlərin sayı 156 nəfərə çatıb. İğtişaşlar bazar günü axşam rayonun inzibati mərkəzi olan Urumçi şəhərində başlayıb. Şahidlərin verdiyi açıqlamalara görə, toqquşmalar dükanlar və avtomobillərin yandırılması, qarət halları ilə müşahidə olunub. Yerli hüquq-mühafizə orqanlarının verdiyi son məlumatlara görə, 156 nəfər həlak olub, 816 nəfər yaralanıb. Daha öncə üç mülki şəxs və bir polisin ölümü barədə məlumat verilmişdi. Urumçidə etiraz edənlər bu yaxınlarda Quandun əyalətindəki oyuncaq fabrikində işçilər arasında baş verən qarşıdurma zamanı iki uyğurun ölümü ilə bağlı narazılıqlarını bildiriblər.

Baş nazir onu da bildirib ki, ölkəsi Çində baş verənlərdən ciddi narahatdır və hadisələri yaxından izləyir.

"Bizim üçün uyğurlar Çinlə Türkliyə arasında bir körpü rolunu oynayır", - Ərdoğan qeyd edib.

Xəbər lenti

Xəbər lenti