...

Müxalifət Yerevanın büdcəsini tənqid etdi - Mer özünə brend kostyum almaq istəyir

Dünya xəbərləri Materials 27 Dekabr 2017 11:09 (UTC +04:00)
Yerevanın 2018-ci il büdcəsi 48 milyon dram (təqribən 100 min dollar) kəsirlə qəbul olunub.
Müxalifət Yerevanın büdcəsini tənqid etdi - Mer özünə brend kostyum almaq istəyir

Bakı. Trend:

Yerevanın 2018-ci il büdcəsi 48 milyon dram (təqribən 100 min dollar) kəsirlə qəbul olunub.

Trend-in məlumatına görə, müxalifət şəhər büdcəsinin "dekorativ xərclər"lə yükləndiyini, əsas məsələlərin isə nəzərə alınmadığını hesab edir.

"Ərik ölkəsi" partiyasından olan Marine Xaçatryan bildirib ki, büdcədə dəftərxana malları və paltarlarının alışına təqribən 150 min dollar xərclənməsi qeyd olunur:

"Yəni mer Taron Marqaryan şəhər büdcəsi hesabına özünə dəftərxana paltarı qismində brend kostyum almaq istəyir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti