Bakı. Trend:
Papua-Yeni Qvineyada toqquşmalar zamanı qadınlar və uşaqlar da daxil olmaqla 16 nəfər öldürülüb.
Trend-in məlumatına görə, tayfalararası toqquşmalar qəsəbələrdən birində baş verib.
Məlumatda qeyd olunur ki, qətllərin səbəbi hələ müəyyən edilməyib.