...

Nigeriyada partlayış nəticəsində ən az 30 nəfər ölüb

Dünya xəbərləri Materials 7 Yanvar 2020 05:21 (UTC +04:00)
Nigeriyanın şimal-şərqində baş verən partlayış nəticəsində ən az 30 nəfər ölüb
Nigeriyada partlayış nəticəsində ən az 30 nəfər ölüb

Bakı. Trend:

Nigeriyanın şimal-şərqində baş verən partlayış nəticəsində ən az 30 nəfər ölüb.

Trend-in məlumatına görə, bu barədə "Reyter" agentliyi mənbələrə istinadən bildirib.

Məlumata əsasən, partlayış yerli vaxtla saat 17:00-da Nigeriya Borno ştatının Qamboru şəhərində körpüdə baş verib.

Şahidlərin sözlərinə görə, daha 35 nəfər yaralanıb və yerli xəstəxanaya aparılıb.

Hazırda partlayışa görə heç bir təşkilat məsuliyyəti öz üzərinə götürməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti