...

Tramp prezident seçkilərinin təxirə salınmasını istəmir

Dünya xəbərləri Materials 31 İyul 2020 03:54 (UTC +04:00)
Tramp prezident seçkilərinin təxirə salınmasını istəmir

Bakı. Trend:

ABŞ prezidenti Donald Tramp noyabr ayında ölkədə keçiriləcək prezident seçkilərinin təxirə salınmasını istəmir.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bunu ABŞ prezidenti Ağ Evdə jurnalistlər üçün keçirilən brifinq zamanı deyib.

D.Tramp bildirib: "Mən hiss edirəm ki, (seçkilərin - red.) təxirə salınmasını istəmirəm. Mən istəyirəm ki, seçkilər (noyabrda - red.) olsun, lakin eyni zamanda mən 3 ay gözləyəndən sonra bütün bülletenlərin itdiyini və seçkilərin heç bir məna daşımadığını öyrənmək istəmirəm".

Bundan əlavə ABŞ prezidenti noyabr ayında ölkədə keçiriləcək seçkilərin təxirə salınmasının mümkünlüyü ilə bağlı "Twitter"dəki paylaşımını poçt vasitəsilə səsvermənin mənfi cəhədlərini izah etmək üçün etdiyini bildirib.

Onun sözlərinə görə, poçt vasitəsilə səsvermənin nəticələri bir həftə və ya bir ay və ya bir ildən sonra məlum ola bilər, bu isə qəbuledilməzdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti