Bakı. Trend:
Xəstəliklərə Nəzarət və Profilaktika üzrə Federal Mərkəzlərinin rəhbərliyi profil komitəsinin qərarını təsdiqləyib və Almaniyanın "BioNTech" şirkəti və ABŞ-ın "Pfizer" şirkəti tərəfindən hazırlanan peyvəndi öləkədə fövqəladə hallarda istifadəsini tövsiyə etdi.
Trend-in məlumatına görə, bu barədə qurum öz "Twitter" səhifəsində bildirib.
Qeyd edilib ki, peyvəndlər 16 və yuxarı yaşlarda olan insanlar üçün tətbiq olunacaq:
"Səhiyyə işçiləri və uzun müddətli qayğı xəstəxanalarının pasientlərinə peyvəndlər birinci növbədə vurulacaq".