...

Suriyada qaçqın düşərgəsində baş verən yanğında ən az dörd nəfər öldü

Dünya xəbərləri Materials 28 Fevral 2021 05:07 (UTC +04:00)
Suriyada qaçqın düşərgəsində baş verən yanğında ən az dörd nəfər öldü

Bakı. Trend:

Suriyanın Haseke vilayətində yerləşən Əl-Hol qaçqın düşərgəsində güclü yanğın baş verib.

Trend-in məlumatına görə, bu barədə SANA agentliyi xəbər verib.

Məlumata əsasən, bir uşaq da daxil olmaqla ən azı dörd nəfər həlak olub. Daha 18 nəfər orta dərəcəli yanıq xəsarətləri ilə vilayətin xəstəxanasına çatdırılıb.

İlkin məlumata görə, yanğına səbəb evlərin istiləşməsi üçün keyfiyyətsiz yanacaqdan istifadə olunmasıdır.

Xəbər lenti

Xəbər lenti