...

Türkiyədə mikroavtobus aşıb, 10 nəfər yaralanıb

Dünya xəbərləri Materials 7 Mart 2024 00:30 (UTC +04:00)

Bakı. Trend:

Türkiyənin Kayseri şəhərinin Yeşilhisar rayonunda şagirdləri daşıyan mikroavtobus qəzaya uğrayıb.

Trend xəbər verir ki, əlverişsiz hava şəraiti nəticəsində mikroavtobusun sürücüsü idarəetməni itirib, nəqliyyat vasitəsi yoldan çıxaraq aşıb.

Hadisə nəticəsində 10 nəfər yaralanıb.

Yaralalan şəxslər xəstəxanalara çatdırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti