Bakı. Trend:
Ermənistan Respublikasının Milli Təhlükəsizlik Xidməti tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində bir qrup şəxs tərəfindən əvvəlcədən razılaşdırılaraq, hakimiyyətin ələ keçirilməsi hazırlığına dair məlumat əldə edilib.
Trend xəbər verir ki, bu barədə Ermənistan KİV məlumat yayıb.
Qeyd edilib ki, genişmiqyaslı istintaq tədbirləri nəticəsində, o cümlədən, təxminən 30 axtarış və sorğu həyata keçirilib. Bu tədbirlər nəticəsində 7 nəfərdən ibarət qrupun hakimiyyətin ələ keçirilməsi üzrə hazırlığının apardığına dair kifayət qədər faktiki məlumat əldə edilib.
Bildirilib ki, onlar zorakılıq tətbiq etməklə Ermənistan Respublikasının hakimiyyətini ələ keçirmək istəyiblər.
Ermənistan sözügedən cəhdə görə Rusiyanı ittiham edib.
Bu cinayət əməllərinə görə 7 nəfərə qarşı cinayət işi başlanıb. Bu şəxslərdən 3-ü saxlanılıb, 4-ü üzrə isə axtarış elan edilib.
Saxlanılan şəxslərə ittihamlar irəli sürülüb, onların barəsində həbs qətimkan tədbiri seçilməsi ilə bağlı məhkəməyə ərizələr təqdim olunub. Cinayət qrupunun digər üzvlərinin aşkar edilməsi üçün fəal tədbirlər görülür.