...

Çində qocalar evində güclü yanğın baş verib

Dünya xəbərləri Materials 9 Aprel 2025 08:41 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Çinin şimalında yerləşən Hebey əyalətində qocalar evində baş vermiş yanğın nəticəsində azı 20 nəfər həyatını itirib.

Trend-in məlumatına görə, bu barədə “Xinhua” agentliyi yerli hakimiyyət orqanlarına istinadən xəbər verib.

Hadisə aprelin 8-i axşam saatlarında Çende şəhərinin Lonğua dairəsində yerləşən qocalar evində qeydə alınıb. Son rəsmi məlumata əsasən, çərşənbə günü yerli vaxtla saat 03:00-a olan vəziyyətə görə, hadisə nəticəsində 20 nəfərin öldüyü təsdiqlənib.

Hazırda yanğının səbəbləri araşdırılır. Hadisə ilə bağlı aidiyyəti qurumlar istintaqa başlayıb.

Xəbər lenti

Xəbər lenti