...

Çində yüksək rütbəli hərbi rəhbərlərə qarşı korrupsiya istintaqı başlanıldı

Dünya xəbərləri Materials 24 Yanvar 2026 15:35 (UTC +04:00)
Çində yüksək rütbəli hərbi rəhbərlərə qarşı korrupsiya istintaqı başlanıldı
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Çinin ən yüksək rütbəli generallarından biri – ordunu idarə edən Mərkəzi Hərbi Komissiyanın sədr müavini, general-polkovnik Çan Youşia və Baş Qərargah rəisi, general-polkovnik Lyu Cinli barəsində istintaq başladılıb.

Trend-in xarici KİV-ə istinadən məlumatına görə, bu barədə Çin Müdafiə Nazirliyi açıqlama yayıb.

Bildirilib ki, Çan Youşia və Lyu Cinli partiya nizam-intizamını və qanunları ciddi şəkildə pozmaqda şübhəli hesab edilirlər.

İstintaq çərçivəsində irəli sürülən iddiaların detalları açıqlanmasa da, partiya nizam-intizamının və qanunların pozulması ifadəsi adətən korrupsiya ilə bağlı şübhə və ya ittihamları ehtiva edir.

Qeyd edək ki, Çin Xalq Azadlıq Ordusunun (ÇXAO) ali idarəetmə orqanı olan 7 nəfərlik Mərkəzi Hərbi Komissiyanın iki sədr müavinindən biri olan 75 yaşlı general-polkovnik Çan Youşia ordunun ən yüksək rütbəli hərbi fiquru hesab olunurdu.

O, eyni zamanda ölkəni idarə edən Çin Kommunist Partiyasının (ÇKP) ali rəhbər strukturu sayılan 24 nəfərlik Siyasi Büronun üzvü idi.

Mərkəzi Hərbi Komissiyanın Baş Qərargah İdarəsinin rəhbəri olan 61 yaşlı general-polkovnik Lyu Cinli isə bu vəzifəni 2022-ci ildən icra edirdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti