...

Elman Nəsirov: Tarif Şurasının yeni qərarı alqışlanmalıdır

Nəzər nöqtəsi Materials 22 Dekabr 2016 19:24 (UTC +04:00)
Tarif (qiymət) Şurasının elektrik enerjisi və təbii qazdan istifadəyə görə tətbiq edilən limitlərə yenidən baxması gözlənilən idi.
Elman Nəsirov: Tarif Şurasının yeni qərarı alqışlanmalıdır

Bakı. Samir Əli - Trend:

Tarif (qiymət) Şurasının elektrik enerjisi və təbii qazdan istifadəyə görə tətbiq edilən limitlərə yenidən baxması gözlənilən idi.

Bunu Trend-ə açıqlamasında millət vəkili Elman Nəsirov deyib.

Onun sözlərinə görə, Tarif Şurasının yeni qərarı həqiqətən də istehlakçıların xeyirinə işləyir:

Azərbaycanda təbii qaz və elektrik enerjisinə görə güzəştli limitlər artırıldı (YENİLƏNİB)

Azərbaycanda təbii qaz və elektrik enerjisinə görə güzəştli limitlər artırıldı (YENİLƏNİB)

"Tarif Şurasının əvvəlki qərarında istifadə edilən elektrik enerjisi və qaza görə limitin az olması istehlakçıları narahat edirdi. Seçicilərimlə görüşdə onlar da bu məsələ ilə bağlı mənə müraciət edirdilər. Əhali əvvəlki limitdən artıq elektrik enerjisi və təbii qaz istifadə etdiyini bildirirdi. Gözləyirdik ki, Tarif Şurası bu qərarla bağlı dəqiq araşdırma aparsın və limitlərə yenidən baxsın".

E.Nəsirov əlavə edib ki, bu, müsbət qərardır və alqışlanmalıdır: "Xüsusilə qış mövsümündə bu limit istehlakçılar üçün az idi. İndiki qərar daha da məntiqlidir. Çox istərdim ki, Tarif Şurası belə qərarları qəbul edərkən problemi daha da dərindən araşdırsın".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti