...

Berndə Azərbaycan caz axşamı (FOTO)

Mədəniyyət Materials 5 Oktyabr 2016 13:48 (UTC +04:00)
Azərbaycaın İsveçrədəki səfirliyi və Beynəlxalq Bern Caz Festivalının birgə təşkilatçılığı ilə Bern şəhərində yerləşən dünyada yeganə caz mehmanxanası İnnere Engenin Marians Jazz room konsert zalında Azərbaycanın tanınmış caz pianoçusu Şahin Növrəslinin ifasında Azərbaycan caz axşamı təşkil edilib.
Berndə Azərbaycan caz axşamı (FOTO)

Bakı. Trend:

Azərbaycaın İsveçrədəki səfirliyi və Beynəlxalq Bern Caz Festivalının birgə təşkilatçılığı ilə Bern şəhərində yerləşən dünyada yeganə caz mehmanxanası İnnere Engenin Marians Jazz room konsert zalında Azərbaycanın tanınmış caz pianoçusu Şahin Növrəslinin ifasında Azərbaycan caz axşamı təşkil edilib.

Səfirlikdən Trend-ə verilən məlumata görə, tədbirdə 2 müxtəlif caz konserti proqramını tamaşaçılara təqdim edən ifaçımız isveçrəli caz sevənlər tərəfindən çox maraqla qarşılanıb və ifa etdiyi muğam-caz musiqi nömrələri sürəkli alqışlarla müşayiət olunub. Azərbaycan caz gecəsi zamanı, həmçinin tamaşaçılara Azərbaycan yeməklərindən və şərablarından ibarət xüsusi menyu təqdim edilib.

Bununla yanaşı, konsert zamanı Azərbaycan mədəniyyəti və turizm potensialını özündə əks etdirən kitab və broşürlər, “Gəncə 2016 - Avropanın Gənclər Paytaxtı”na aid müxtəlif broşürlər və məlumatlar, o cümlədən musiqi diskləri tamaşaçılara təqdim olunub.

Caz pianoçu Ş.Növrəslinin ifasında silsilə konsert proqramları oktyabrın 8-dək davam edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti