Bakı. Elçin Mehdiyev – Trend:
İraqda olan azərbaycanlı uşaq və qadınların Azərbaycana gətirilməsi ilə bağlı işlər davam etdirilir.
Trend-in məlumatına görə, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov jurnalistlərə deyib.
Nazir bildirib ki, bu məsələ təkcə Azərbaycandan asılı deyil:
“İraq hökuməti də bu məsələ ilə bağlı istintaq aparmalıdır ki, onlar kimlərdir, hansı terror qruplaşmalarına qoşulublar və s. Yəni iş gedir. Düzdür, çətin və vaxt aparan prosesdir, amma bu istiqamətdə işlər davam etdirilir”.