...

Ələt-Astara yolunda qoşqulu "KAMAZ" aşdı, sürücü öldü

Gündəm Materials 4 İyul 2018 13:02 (UTC +04:00)
Ələt-Astara yolunda ölümlə nəticələnən yol qəzası baş verib.
Ələt-Astara yolunda qoşqulu "KAMAZ" aşdı, sürücü öldü

Bakı. Samir Əli - Trend:

Ələt-Astara yolunda ölümlə nəticələnən yol qəzası baş verib.

Trend-in məlumatına görə, hadisə iyulun 3-də gecə saat 04:00 radələrində Bakı-Ələt-Astara-İran sərhədi avtomobil yolunun Salyan rayonu ərazisindən keçən hissəsində baş verib.

1963-cü il təvəllüdlü Piriyev Pirvəli Səfər oğlu idarə etdiyi "KAMAZ" markalı 10 CP 083 dövlət nömrə nişanlı qoşqulu yük maşını ilə Bakı istiqamətində hərəkətdə olarkən idarəetməni itirib və yolun sağ kənarına aşırıb.

Sürücü aldığı xəsarətlərdən hadisə yerində keçinib.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırmalar aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti