...

Şamaxıda iki qardaş yol qəzasında öldü

Gündəm Materials 3 İyun 2019 11:03 (UTC +04:00)
Şamaxı şəhəri ərazisində “VAZ-21214” və “Shacman” markalı avtomobillər toqquşub.
Şamaxıda iki qardaş yol qəzasında öldü

Bakı. Samir Əli - Trend:

Şamaxı şəhəri ərazisində “VAZ-21214” və “Shacman” markalı avtomobillər toqquşub.

Daxili İşlər Nazirliyi Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, iyunun 1-də saat 16 radələrində Şamaxı şəhəri ərazisində Quşçu kənd sakini Ramil İsmayılovun idarə etdiyi “VAZ-21214” və Qobustan rayon sakini Ramil Şahverdiyevin idarə etdiyi “Shacman” markalı avtomobillər toqquşub.

Nəticədə R.İsmayılov və sərnişini, qardaşı Rasim hadisə yerində ölüblər.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti