Bakı. Samir Əli - Trend:
Sosial şəbəkələrdə din pərdəsi adı altında təbliğat aparan qruplar var.
Trend-in məlumatına görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının birgə təşkilatçılığı ilə "Dini qurumlar və QHT-lər: birgə fəaliyyətin təşkili və əhəmiyyəti" mövzusunda keçirilən konfransda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov bildirib.
Onun sözlərinəə görə, həmin qruplar Azərbaycanda deyil, xaricdədirlər: "Bu proses əsasən azərbaycanlıların da aktiv olduğu "Facebook" şəbəkəsində daha çox olur. Onlar Azərbaycanda deyil, xarici ölkələrdə fəaliyyət göstərir. Çox istərdik ki, cəmiyyət, ictimai qurumlar sosial şəbəkələrdə bu cür qruplara mane olmaq üçün müzakirələr aparsın, aktiv fəaliyyət göstərsin".