...

Bakıda karantin qaydalarını pozan şəxs polisə bıçaqla hücum etdi (FOTO)

Gündəm Materials 7 İyun 2020 10:48 (UTC +04:00)
Bakıda karantin qaydalarını pozan şəxs polisə bıçaqla hücum etdi (FOTO)

Bakı. Samir Əli - Trend:

Paytaxtın Xətai rayonunda xüsusi karantin rejim qaydalarına zidd olaraq, mövcud preventiv tədbirlərin şərtlərini pozan şəxs polis əməkdaşlarına müqavimət göstərib.

Bakı şəhər Baş Polis İdarəsindən Trend-ə verilən məlumata görə, iyunun 6-da Xətai RPİ əməkdaşlarına bıçaqla müqavimət göstərən 1989-cu il təvəllüdlü, əvvəllər Cinayət Məcəlləsinin 221.2.1-ci (Xuliqanlıq) maddələri ilə məhkum olunan Emin Dadaşov zərərsizləşdirərək polis bölməsinə gətirilib.

E.Dadaşovun üzərindən 1 ədəd qatlanan tiyəli bıçaq maddi sübut kimi aşkar olunaraq götürülüb.

Faktla bağlı toplanmış materiallar əsasında Xətai RPİ-nin İstintaq şöbəsində E.Dadaşov barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri cinayət işi başlanıb. Hazırda istintaq hərkətləri davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti