...

Qısa zamanda peyvəndin Azərbaycana gətirilməsinə başlanacaq - Hande Harmancı

Gündəm Materials 12 Dekabr 2020 14:29 (UTC +04:00)
Qısa zamanda peyvəndin Azərbaycana gətirilməsinə başlanacaq - Hande Harmancı

Bakı. Trend:

Yeni növ koronavirusa qarşı vaksinlərlə bağlı dünya üzrə vəziyyət ümidvericidir.

Trend-in məlumatına görə, bunu Gəncədə səfərdə olan Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəsi və ofis rəhbəri Hande Harmancı deyib.

Onun sözlərinə görə, artıq Böyük Britaniyada əhalinin bir qismi vaksinasiyadan keçib: "Bilirsiniz ki, Azərbaycan hökuməti də bu istiqamətdə bir neçə ölkə ilə danışıqlar aparır və qısa zamanda peyvəndin gətirilməsinə başlanacaq”

O qeyd edib ki, peyvəndin əldə olunması xəstəliyin tam şəkildə aradan qaldırılması anlamına gəlmir: "Peyvəndin olması çox yaxşı haldır. Bu, o deməkdir ki, artıq "işıq görünür". Lakin unutmayaq ki, peyvəndin ölkəyə gətirilməsi xəstəlik bitməyəcək. Əhalinin peyvənd olunması prosesi uzun bir zaman ala bilər. Bu baxımdan qorunma tədbirlərinə riayət edilməsi vacibdir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti