...

Balıqçı gəmilərinin hərəkəti ilə bağlı qaydalar dəyişdi

Gündəm Materials 27 May 2021 15:51 (UTC +04:00)
Balıqçı gəmilərinin hərəkəti ilə bağlı qaydalar dəyişdi

Bakı. Elçin Mehdiyev - Trend:

Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının dövlət sərhədi haqqında” qanuna dəyişiklik müzakirəyə çıxarılıb.

Trend-in məlumatına görə, qanuna təklif edilən dəyişikliklər barədə məlumatı deputat Arzu Nağıyev təqdim edib.

A.Nağıyev bildirib ki, qanun layihəsi balıqçların rifahının yaxşılaşdırılması üçün nəzərdə tutulan bir məsələdir. O qeyd edib ki, dəyişikliyə əsasən, dənizə çıxarkən balıqçılıq təyinatlı mühərrikli kiçikhəcmli gəmilərlə sahildən on dəniz milinədək, digər üzmə vasitələri ilə isə sahildən iki dəniz milinədək uzaqlaşmağa yol veriləcək:

“Əvvəllər qeydə alınmış mühərrikli və mühərriksiz üzmə vasitələrinə dənizə çıxarkən sahildən iki milədək uzaqlaşmağa yol verilirdi. Bu zaman Hərbi-Dəniz Qüvvələrinin istifadəsində olan üzmə vasitələri, habelə Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən Dövlət Gəmi Reyestrində qeydiyyata alınan gəmilər və dənizə və sərhədboyu çayların, çöllərin başqa sututarların sularına çıxmağa qeydə alınmış mühərrikli və mühərriksiz üzmə vasitələri nəzərə alınır".

Dəyişikliklər müzakirələrdən sonra səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti