...

Müəllimlərə dövlət qulluqçusu statusunun verilməsi gündəmdə deyil - Emin Əmrullayev

Gündəm Materials 21 Dekabr 2021 11:27 (UTC +04:00)
Müəllimlərə dövlət qulluqçusu statusunun verilməsi gündəmdə deyil - Emin Əmrullayev

Bakı. Çingiz Səfərli - Trend:

Müəllimlərə dövlət qulluqçusu statusunun verilməsi məsələsi gündəmdə deyil.

Trend xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev jurnalistlər üçün brifinqdə deyib.

Nazir bildirib ki, hazırda müəllimlərin əməkhaqqı dövlət büdcəsindən maliyyələşdirilir.

"Digər bir tərəfdən müəllimlərin müəyyən bir müddət, 30-35 il çalışdıqdan sonra təqaüdə göndərilməsi məsələsi də müzakirə edilmir.

Hazırda müəllimlər 65 yaşına çatdıqdan sonra təqaüdə göndərilir", - E.Əmrullayev deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti