...

Bakıda cibgirlər yaxalanıb

Hadisə Materials 6 Aprel 2013 11:56 (UTC +04:00)
Bakıda sərnişin avtobusunda cibgirlik edən şəxslər yaxalanıb.
Bakıda cibgirlər yaxalanıb

Azərbaycan, Bakı, 6 aprel /Trend, müxbir E.Mehdiyev /

Bakıda sərnişin avtobusunda cibgirlik edən şəxslər yaxalanıb.

Bakı şəhər Baş Polis İdarəsindən Trend-ə verilən məlumata görə, Nəsimi RPİ CAŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində cibgirlikdə şübhəli bilinərək yaxalananlar - Ramil Məmmədovdan 1 qramdan artıq heroin, əvvəllər məhkum olunmuşlar Abdulla Abdullayevdən 28 qramdan artıq və İsmayıl Hüseynovdan 33 qramdan artıq həşiş aşkar edilib.

Müəyyən edilib ki, onlar aprelin 5-də 85 saylı xətt avtobusunda Mehdi Məmmədovun cibindən 120 manat və bankomat kartı oğurlayıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti