...

Paytaxtda qətl törətməkdə şübhəli bilinən şəxs tutulub

Hadisə Materials 13 Dekabr 2013 11:43 (UTC +04:00)
Bakıda qətl törətməkdə şübhəli bilinən şəxs tutulub.
Paytaxtda qətl törətməkdə şübhəli bilinən şəxs tutulub

Azərbaycan, Bakı, 13 dekabr /Trend, müxbir İ.İzzət/

Bakıda qətl törətməkdə şübhəli bilinən şəxs tutulub.

Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, dekabrın 11-i saat 23:45 radələrində Q.Quliyev küçəsində naməlum şəxs Bakı şəhər sakini Emin İmanova bıçaq xəsarəti yetirib. Yaralı E.İmanov Kliniki Tibbi Mərkəzə daxil olub və orada ölüb.

Keçirilmiş əməliyyat tədbirləri nəticəsində qətldə şübhəli bilinən Bakı şəhər sakini İlqar Hüseynov Nəsimi Rayon Polis İdarəsinin Cinayət-Axtarın Şöbəsi və Post-Patrul Xidməti Bölüyünün əməkdaşları tərəfindən tutulub.

Faktla əlaqədar cinayət işi açılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti