...

Bakıda cibgirlər tutulub

Hadisə Materials 25 Yanvar 2014 12:50 (UTC +04:00)
Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, yanvarın 23-də 165 saylı xətt avtobusunda Bakı şəhər sakini Ayşən Bəylərovanın mobil telefonu cibindən oğurlanıb.
Bakıda cibgirlər tutulub

Azərbaycan, Bakı, 25 yanvar /Trend, müxbir İ.İzzət/

Bakıda avtobusda oğurluq edən dəstə tutulub.

Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, yanvarın 23-də 165 saylı xətt avtobusunda Bakı şəhər sakini Ayşən Bəylərovanın mobil telefonu cibindən oğurlanıb.

Binəqədi Rayon Polis İdarəsinin 4-cü polis bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinənlər - Sumqayıt şəhər sakinləri Vüqar Almuradov, Elşən Əliyev və Fizuli rayon sakini Azər Atakişiyev tutulublar.

Onların üzərinə baxış zamanı V.Almuradovdan 0,270 qram heroin, A.Atakişiyevdən A.Bəylərovun mobil telefonu və E.Əliyevdən 6 qram marixuana aşkar edilərək götürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti