Azərbaycan, Bakı, 29 iyul /Trend/
Bakıda axtarışda olan şəxs tutulub.
Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Suraxanı RPİ 33-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində axtarışda olan 1985-ci il təvəllüdlü Rufan Əsgərov tutulub.
R.Əsgərov barəsində AR CM-in 177-ci (oğurluq) maddəsi ilə axtarış elan olunmuşdu.