...

Bakıda cibgirliklə məşğul olan dəstə saxlanılıb

Hadisə Materials 1 Oktyabr 2014 10:31 (UTC +04:00)
Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Nəsimi RPİ 22-ci PB-nin keçirdiyi əməliyyat tədbirləri nəticəsində, cibgirlikdə şübhəli bilinərək yaxalanan əvvəllər məhkum olunmuşlar - İltifat Ağabalayevin, Mahir Bədəlovdun, Məhəmməd Bağırovun və Bisuddin Süleymanovun hər birindən 10 qramdan artıq tiryək aşkar edilərək götürülüb.
Bakıda cibgirliklə məşğul olan dəstə saxlanılıb

Azərbaycan, Bakı, 1 oktyabr /Trend, müxbir İlkin İzzət/

Bakıda cibgirliklə məşğul olan dəstə saxlanılıb.

Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Nəsimi RPİ 22-ci PB-nin keçirdiyi əməliyyat tədbirləri nəticəsində, cibgirlikdə şübhəli bilinərək yaxalanan əvvəllər məhkum olunmuşlar - İltifat Ağabalayevin, Mahir Bədəlovdun, Məhəmməd Bağırovun və Bisuddin Süleymanovun hər birindən 10 qramdan artıq tiryək aşkar edilərək götürülüb.

Müəyyən olub ki, onlar sentyabrın 17-də 28 May küçəsində yerləşən, Aygün Hacılıya məxsus ofisdən noutbuk, sentyabrın 27-də həmin küçədəki mebel mağazasında İlqar Niftəliyevin mobil telefonunu masanın üzərindən, pencəyinin cibindən isə içərisində şəxsiyyət vəsiqəsi, sosial və bankomat kartları olan pul kisəsini, sentyabrın 29-da Puşkin küçəsində yerləşən mağazada Gülxara Niftiyevanın və Azadlıq prospektində yerləşən ticarət mərkəzində Ruhiyyə Aydınovanın əl çantalarından mobil telefonlar oğurlayıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti