...

Bakıda 3 cibgir tutuldu

Hadisə Materials 1 Noyabr 2014 15:28 (UTC +04:00)
Bakıda cibgirliklə məşğul olan şəxslər tutulub.
Bakıda 3 cibgir tutuldu

Azərbaycan, Bakı, 1 noyabr /Trend/

Bakıda cibgirliklə məşğul olan şəxslər tutulub.

Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Nəsimi rayon Polis İdarəsinin (RPİ) Cinayət Axtarış Şöbəsi və 20-ci polis bölməsi (PB) əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cibgirlikdə şübhəli bilinən Zərdab rayon sakini, əvvəllər məhkum olunmuş Hüseyn Osmanov tutulub.

Araşdırma zamanı onun üzərindən umumi çəkisi 0,915 qram narkotik maddə olan heroin aşkar olunaraq götürülüb.

Nəsimi RPİ Cinayət Axtarış Şöbəsi və 22-ci PB əməkdaşlarının həyata keçirdikləri digər əməliyyat-axtarış tədbirləri nəticəsində cibgirlikdə şübhəli bilinən, əvvəllər məhkum olunmuşlar - Şərur rayonu sakini Coşqun Nağıyev və Bakı şəhər sakini Şəfa İsmayılova tutulub.

Araşdırma zamanı C.Nağıyevdən ümumi çəkisi 1,766 qram, Ş.İsmayılovadan isə 1,419 qram tiryək aşkar olunaraq götürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti