...

Metroda cibgir tutulub

Hadisə Materials 1 Avqust 2017 15:56 (UTC +04:00)
Metroda mobil telefon oğurlayan şəxs saxlanılıb.
Metroda cibgir tutulub

Bakı. Trend:

Metroda mobil telefon oğurlayan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Bakı şəhər sakini Samir Mustafayev iyulun 29-da Bakı ŞBPİ-nin Metropolitendə Polis Şöbəsinə ərizə ilə müraciət edərək bildirib ki, iyulun 28-də saat 15:30 radələrində metronun “Əhmədli” stansiyasında qızı, 14 yaşlı Nəzrinin əl çantasından dəyəri 340 manat olan “Hoffman” markalı mobil telefonu naməlum şəxs tərəfindən oğurlanıb.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən əvvəllər CM-nin müxtəlif maddələri ilə məhkum olunmuş Elman Əliyev saxlanılaraq istintaq orqanlarına təhvil verilib.

E.Əliyevin digər analoji cinayətlərdə iştirak etdiyi də istisna edilmir. Şəkildə gördüyünüz şəxsin əməllərindən zərərçəkən varsa, bu barədə Metropolitendə Polis Şöbəsinə (012-490-02-42) müraciət edə bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti