...

Cinayət əməlləri törətmiş axtarışda olan şəxs Bakıda yaxalanıb

Hadisə Materials 12 Yanvar 2018 12:37 (UTC +04:00)
Cinayət əməlləri törətmiş axtarışda olan şəxs Bakıda yaxalanıb.
Cinayət əməlləri törətmiş axtarışda olan şəxs Bakıda yaxalanıb

Bakı. Trend:

Cinayət əməlləri törətmiş axtarışda olan şəxs Bakıda yaxalanıb.

Bu barədə Trend-ə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Yasamal RPİ 26-cı Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə axtarışda olan Rakim Babalıyev saxlanılaraq istintaqa təhvil verilib.

R.Babalıyevlə bağlı aparılan tədbirlərlə onun ötən ilin sentyabrın 15-dən cari il yanvarın 9-dək olan müddətdə Bakı şəhər sakinləri olan İ.İmanova, R.Mikayılova, R.Məcidova, J.Salahovaya məxsus 4 avtomobildən, 1 evdən pul və məişət əşyaları, habelə 2 qadının mobil telefonlarını oğurlaması da müəyyən edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti