...

Qaradağda qəza, Bakıya giriş bağlandı (FOTO)

Hadisə Materials 20 İyun 2018 19:34 (UTC +04:00)
Bakı-Ələt-Astara yolunun Qaradağ rayonu ərazisindən keçən hissəsində avtomobil qəzası baş verib.
Qaradağda qəza, Bakıya giriş bağlandı (FOTO)

Bakı. Samir Əli -Trend:

Bakı-Ələt-Astara yolunun Qaradağ rayonu ərazisindən keçən hissəsində avtomobil qəzası baş verib.

Trend-in məlumatına görə, Qaradağ postu yaxınlığında Ələt istiqamətindən Bakıya doğru hərəkət edən, "Qaradağ Sement" ASC-yə məxsus betonqarışdıran maşın idarəetməni itirərək aşıb.

Qəza nəticəsində Ələt istiqamətindən Bakıya giriş bağlanıb.

Hadisə yerinə dövlət yol polisi əməkdaşları cəlb edilib, hazırda yolda avtomobillərin hərəkətinin təmin edilməsi istiqamətində tədbirlər görülür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti