...

Axtarışda olan şəxslər Rusiya və Gücüstanda saxlanılaraq Azərbaycana gətirilib

Hadisə Materials 28 Avqust 2019 19:33 (UTC +04:00)
Axtarışda olan şəxslər saxlanılıb
Axtarışda olan şəxslər Rusiya və Gücüstanda  saxlanılaraq Azərbaycana gətirilib

Bakı. Samir Əli - Trend:

Axtarışda olan şəxslər saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan Trend-ə verilən məlumata görə, Ağstafa rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində bu yaxınlarda Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1.2 ( Xuliqanlıq) maddəsi ilə axtarışda olan 23 yaşlı Mikayıl Nəsirov Rusiya Federasiyasında tutularaq ölkəmizə ekstradisiya olunub.

RPŞ-in əməkdaşlarının keçirdikləri digər bir əməliyyat-axtarış tədbirləri də uğurla nəticələnib. Belə ki, Cinayət Məcəlləsinin 315.2 (Hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) və 186.2.2 (Əmlakı qəsdən məhv etmə və ya zədələmə) maddələri ilə axtarışda olan rayon sakini 57 yaşlı Tahir Aylarov Gürcüstan Respublikasında tutularaq ölkəmizə ekstradisiya olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti