...

Mingəçevirdə karantin qaydalarını pozan bərbərxana aşkarlandı

Hadisə Materials 23 Aprel 2020 09:57 (UTC +04:00)

Bakı. Samir Əli - Trend:

Mingəçevirdə karantin qaydalarını pozan bərbərxana aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Trend-ə verilən məlumata görə, Mingəçevir şəhəri 20 Yanvar küçəsində xüsusi karantin qaydalarına zidd olaraq fəaliyyət göstərən bərbərxana aşkar edilib.

Şəhər Polis Şöbəsi əməkdaşları tərəfindən həmin obyektin sahibi Gəray Əliyev karantin rejimi qaydalarını pozduğuna görə, Polis Şöbəsinə gətirilib və onun barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə tədbir görülərək inzibati qaydada cəzalandırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti