...

Bərdədə cibgir saxlanılıb

Hadisə Materials 18 Fevral 2021 10:24 (UTC +04:00)
Bərdədə cibgir saxlanılıb

Bakı. Samir Əli - Trend:

Bərdə şəhər sakini M. Məmmədov fevral ayının 16-də Bərdə RPŞ-yə ərizə ilə müraciətində naməlum şəxs tərəfindən cibindən 680 manat pulunun oğurlanması barədə məlumat verib.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Trend-ə bildirilib ki, məlumatla əlaqədar polis əməkdaşları müvafiq tədbirlər yerinə yetirib. Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən cibgirlik əməlini törətməkdə şübhəli bilinən Bərdə şəhər sakini Elxan Hacıyev saxlanılıb. Saxlanılan şəxs törətdiyi cinayət əməlini etiraf edib.

Faktla bağlı Bərdə RPŞ-də cinayət işi başlanılıb, araşdırmalar aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti