...

Axtarışda olan şəxs narkotik çəkib avtomobil idarə edərkən saxlanıldı

Hadisə Materials 17 Mart 2022 09:58 (UTC +04:00)
Axtarışda olan şəxs narkotik çəkib avtomobil idarə edərkən saxlanıldı
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Axtarışda olan şəxs narkotik vasitənin təsiri altında avtomobil idarə edərkən saxlanılıb.

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsindən Trend-ə verilən məlumata görə, Yol-Patrul Xidməti Alayının əməkdaşları Ələt-Astara yolunun Salyan rayonu ərazisindən keçən hissəsində "Opel” markalı, 99-XJ-379 dövlət qeydiyyat nişanlı avtomobilin sürücünün hərəkətləri şübhə doğurduğundan nəqliyyat vasitəsini saxlayıb. İlkin araşdırmadan sonra tibbi müayinəyə cəlb edilən sürücü Elnur Əliyevin narkotik vasitədən istifadə etməsi müəyyən olunub.

Bakı şəhər sakini Elnur Əliyev barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə inzibati protokol tərtib edilib, bununla yanaşı onun borclu qismində axtarışda olması da müəyyən edildiyindən o, Salyan Rayon Polis Şöbəsinə təhvil verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti